“Barselona”a futbolçularına La Liqanın 1-ci dövrəsində Madrid “Atletiko”su üzərində qazandıqları qələbəyə görə noutbuklar hədiyyə edib.
Arena.az bu barədə “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, “blauqrana”nın bütün oyunçuları “Apple” şirkətinin istehsalı olan “MacBook”lar hədiyyə alıblar. Amma Xavi və məşqçilər qərargahına noutbuklar çatmayıb.
Xatırladaq ki, dekabırn 3-də La Liqanın 15-ci turu çərçivəsində “Barselona” evdə Madrid “Atletiko”sunu 1:0 hesabı ilə məğlub etmişdi. Martın 17-də isə 2-ci dövrənin 29-cu turu çərçivəsində bu komanda Madriddə “Atletiko”nun qapısından 3 cavabsız top keçirimişdi.
Hazırda “Barsa” La Liqanın yarış cədvəlində 30 oyundan 67 xalla 2-ci, “Atletiko” isə 58 xalla 4-cü pillədədir. La Liqaya 75 xalla “Real” başçılıq edir.


