“Barselona” yeni 2024/2025-ci illər mövsümündə “baluqrana”nın kapitan sarğısını daşıyacaq futbolçuları açıqlayıb.
Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən məlumat verir.
Ardıcılığın belə olacağı bildirilib: qapıçı Mark-Andre ter Ştegen, mərkəz müdafiəçisi Ronald Arauxo, hücumameyilli yarımmüdafiəçi Frenki de Yonq, vinger Rafinya və mərkəz yarımmüdafiəçisi Pedri.
Bildirilir ki, Kataloniya klubunun qalan futbolçuları bu futbolçuların namizədliyinə səs veriblər.
Ötən mövsüm “blauqrana”nın əsas kapitanı mövsümün sonunda “Barselona”dan azad agent qismində ayrılaraq “Komo”ya qoşulmuş ispan yarımmüdafiəçi Serci Roberto olub.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə komandanın ikinci kapitanı isə alman qapıçı Mark-Andre ter Ştegen idi.


