“Barselona” ötən mövsümü 18 milyon avro zərərlə başa vurub

“Barselona” 2025/2026 mövsümündə rekord gəlir əldə etməsinə baxmayaraq, maliyyə ilini 18 milyon avro zərərlə başa vurub.

Arena.az xəbər verir ki, Kataloniya klubunun ötən mövsümdə ümumi gəliri 1,06 milyard avro təşkil edib.

Buna baxmayaraq, yekun maliyyə nəticəsi mənfi olub.

Kataloniya təmsilçisinin əsas fəaliyyət istiqamətləri üzrə isə cüzi mənfəət qeydə alınıb. Klubun müntəzəm əməliyyatlarından təxminən 200 min avro gəlir əldə edilib.

Maliyyə nəticəsinə fövqəladə xərclər mənfi təsir göstərib. Bununla da klub ardıcıl üçüncü ildir ki, maliyyə ilini zərərlə başa vurub.

Klubun maliyyə hesabatı sentyabrın 19-da keçiriləcək ümumi yığıncaqda üzvlərin təsdiqinə təqdim olunacaq.

Xatırladaq ki, “Barselona” UEFA Çempionlar Liqasının Liqa mərhələsində Azərbaycan çempionu “Sabah”ın rəqiblərindən biridir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: