“Barselona” səfərdə büdrədi

Futbol üzrə İspaniya La Liqasında 2-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, şənbə günü daha dörd qarşılaşma baş tutub.

“Qranada” – “Valensiya” və “Espanyol” – “Vilyarreal” matçlarında qalib müəyyənləşməyib. “Alaves” doğma meydanda “Malyorka”ya uduzub.

Mövsümə “Real Sosyedad” üzərində qələbə ilə başlayan “Barselona”nın budəfəki rəqibi “Atletik” olub. Kataloniya təmsilçisi bu oyundan xal itkisi ilə ayrılıb.

İspaniya La Liqası
2-ci tur
20 avqust

Betis – Kadis 1:1
Qol: Xuanmi, 22 – Neqredo, 11-pen.

21 avqust

Alaves – Malyorka 0:1
Qol: Nino, 80.

Qranada – Valensiya 1:1
Qol: Suares, 16 – Soler, 88-pen.

Espanyol – Vilyarreal 0:0

Atletik – Barselona 1:1
Qol: Martines, 50 – Depay, 75.

22 avqust

19:00 Real Sosyedad – Rayo Valyekano
21:30 Atletiko – Elçe
00:00 Levante – Real

23 avqust

22:00 Xetafe – Sevilya
00:00 Osasuna – Selta

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: