“Barselona” və “Atletiko” uduzdu, “Real” qalib gəldi

Futbol üzrə İspaniya La Liqasında 16-cı turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.

“Sevilya” bu turda “Vilyarreal”ı qəbul edib və minimal hesabla qalib gəlib. “Atletiko” isə “Malyorka” ilə üz-üzə gəlib. Madrid təmsilçisi üç qolun vurulduğu bu görüşdən məğlubiyyətlə ayrılıb.

Ötən turda “Vilyarreal”ı məğlub edən “Barselona”nın budəfəki rəqibi “Betis” olub. Kataloniya təmsilçisi də doğma meydanda məğlubiyyətə üzülüb. Lider “Real” isə çətin “Real Sosyedad” səfərindən inamlı qələbə ilə dönüb.

İspaniya La Liqası
16-cı tur

3 dekabr

Qranada – Alaves 2:1
Qol: Puertas, 14. Arias, 86 – Abram, 81-öz qapısına.

4 dekabr

Sevilya – Vilyarreal 1:0
Qol: Okampos, 16.

Barselona – Betis 0:1
Qol: Xuanmi, 79.

Atletiko – Malyorka 1:2
Qol: Kunya, 68 – Russo, 80. Kubo, 90+1.

Real Sosyedad – Real 0:2
Qol: Vinisius, 47. Yoviç, 57.

5 dekabr

17:00. Rayo Valyekano – Espanyol
19:15. Elçe – Kadis
21:30. Levante – Osasuna
00:00. Selta – Valensiya

6 dekabr

00:00. Xetafe – Atletik