“Barselona”nın futbolçusu ən yaxşı seçildi

AÇ-2020-nin E qrupu çərçivəsində keçirilən İspaniya – Polşa matçının ən yaxşı futbolçusu müəyyənləşib. Arena.az xəbər verir ki, İspaniya yığmasının sol cinah müdafiəçisi Jordi Alba bu görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 32 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının 1 xal qazanmasında pay sahiblərindən biri olub.

Qeyd edək ki, İspaniya – Polşa matçı 1:1 hesabıyla başa çatıb.

Jordi Alba İspaniyanın “Barselona” klubunun formasını geyinir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: