“Başakşəhər” Naser Şadli ilə yeni müqavilə bağladı

Türkiyənin “Başakşəhər” klubu hücumçusu Naser Şadli ilə müqavilənin müddətini uzadıb. Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı futbolçu ilə yeni sözləşmənin müddəti iki ildir. Əvvəlki anlaşmanın müddəti bu ilin yayına kimi idi.

Belçika yığmasının da üzvü olan Naser şadli 2020-ci ilin sentyabrından “Başakşəhər”in uğurları üçün çalışır. Ötən mövsüm bu komandanın heyətində 22 oyuna çıxan vinger, 4 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. O, hazırda Belçika yığmasının heyətində Avropa çempionatında iştirak edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: