Bu gün – sentyabrın 10-da Filippində FIBA-nın bayrağı altında 2023-cü il basketbol üzrə dünya çempionatının final oyunu keçirilib.
Arena.az məlumat verir ki, Almaniya komandası Serbiya kollektivini 83:77 hesabı ilə məğlub edərək, tarixində ilk dəfə dünya çempionu adını qazanıb.
3-cü yer uğrunda oyunda isə yarımfinalda gələcək çempiona məğlub olmuş baketbol nəhəngi ABŞ Kanadaya overtaymda məğlub olub – 118:127.
Futbol yığmasının biabırçı çıxışları mənzərəsində Almaniyanın basketbol uğuru ölkədə böyük sevinclə qarşılanıb.


