Bu gün basketbol üzrə Azərbaycan Kubokunda 2025-ci il mövsümünün həlledici – final qarşılaşması keçirilib.
Arena.az xəbər verir ki, həlledici oyunda “Gəncə” və NTD komandaları üz-üzə gəliblər.
Bakı İdman Sarayında təşkil olunmuş final qarşılaşmasında NTD 81:72 hesabı ilə qalib gələrək Azərbaycan Kubokunun qalibi olub.
Xatırladaq ki, ölkə çempionatında 19 turdan sonra NTD A qrupunda 25 xalla sonuncu – 6-cı yerdə qərarlaşıb. “Gəncə” isə B qrupunda 33 xalla 2-ci yerdədir.
Ötən mövsüm Azərbaycan Kubokunda “Xəzri”yə qalib gələn “Neftçi” bu mükafatı qazanmışdı.
Azərbaycan Kuboku
Final
30 mart
NTD – Gəncə 81:72
Bakı İdman Sarayı


