Basketbol: Azərbaycan yığmalarında türkiyəli məşqçilər

Yeniyetmələrdən ibarət basketbol üzrə Azərbaycan milli komandalarının yeni məşqçilər korpusu müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, oğlan və qızlardan ibarət U-16 və U-18 yığmalarımız Avropa çempionatlarının aşağı divizionlarına hazırlığa start veriblər.

U-18 komandalarının məşqçilər korpusu dəyişməz qalıb. Oğlan millimizin baş məşqçisi Anar Sarıyevin köməkçisi Polad Həsənovdursa, qızlarda isə Evren Alkayaya yenə Aygün Eynullayeva kömək edəcək.

Oğlanlardan ibarət U-16 millimizin baş məşqçisi vəzifəsinə yeni təyin olunan türkiyəli Erhan Tokerin köməkçiləri Anar Hacıyev və Rüstəm Əliyev olub. “Abşeron” klubunda uğurlu mövsüm keçirən baş məşqçi 2014-cü ildə Türkiyənin U-20 yığması ilə Avropa çempionu adını qazanıb.

Qızlardan ibarət U-16 millimizin baş məşqçisi postuna yeni təyin olunan türkiyəli Ferhat Akcana Aygün Eynullayeva kömək edəcək. Baş məşqçi əvvəllər “Ormanspor” klubunda köməkçi məşqçi kimi fəaliyyət göstərib.

Xəbəri paylaş:
Bizi izləyin: