Bu gün “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 27-ci turunun daha bir oyunu keçirilib. Arena.az xəbər verir ki, turun üçüncü oyununda “Gəncə” doğma divarlar arasında çempionatın liderlərindən olan NTD basketbolçularını qəbul edib.
Gərgin mübarizə şəraitində keçən oyunun yekununda Gəncə təmsilçisi rəqibi üzərində 95:92 hesablı qələbə qazanıb.
Qalib komandanın heyətində ən məhsuldar basketbolçu Cared Smol olub – 38 xal, 4 ribaund. NTD-də isə Londel Kinq fərqlənib – 18 xal, 6 ribaund.
Xatırladaq ki, daha öncə “Neftçi” İK “Zirvə Astara”ya 90:103 hesabıyla uduzub. “Sabah” isə “Sərhədçi”yə 89:86 hesabıyla qalib gəlib.
Bu turun son oyunu sabah “Olimpik Şəki” ilə “AAAF Xırdalan” arasında baş tutacaq.
Hazırda Azərbaycan Basketbol Liqasında turnir cədvəlindəki vəziyyət belədir:
1. Sabah (27 oyun, 20 qələbə, 7 məğlubiyyət) – 47 xal
2. NTD (27 oyun, 19 qələbə, 8 məğlubiyyət) – 46 xal
3. Gəncə (27 oyun, 19 qələbə, 8 məğlubiyyət) – 46 xal
4. AAAF Xırdalan (26 oyun, 17 qələbə, 9 məğlubiyyət) – 43 xal
5. Sərhədçi (27 oyun, 14 qələbə, 13 məğlubiyyət) – 41 xal
6. Zirvə (27 oyun, 7 qələbə, 20 məğlubiyyət) – 36 xal
7. Neftçi İK (27 oyun, 9 qələbə, 18 məğlubiyyət) – 36 xal
8. Olimpik (26 oyun, 2 qələbə, 24 məğlubiyyət) – 28 xal


