Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024 mövsümündən etibarən iştirakçı komandaların sayı artırılacaq.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Artıq ölkə çempionatında iştirak edəcək iki yeni klubun adları və loqoları da müəyyənləşib. Bunlar Bakını təmsil edəcək “Xəzri” və Sumqayıt şəhərinin eyniadlı komandasıdır. Ölkə çempionatının yeni iştirakçılarının loqoları da təqdim olunub.
Xatırladaq ki, ötən mövsüm Azərbaycan Basketbol Liqasında 8 komanda mübarizə aparıb: “Sabah”, “Gəncə”, “AAAF Xırdalan”, NTD, “Sərhədçi”, “Zirvə”, “Neftçi” İK və “Olimpik”. Bu komandalar yeni mövsümdə də çempionluq uğrunda mübarizə aparacaqlar.
“Sabah” ötən mövsümü çempion kimi başa vurubsa, “Gəncə” ikinci, NTD üçüncü yeri tutub.


