Basketbol Liqasında müntəzəm mövsüm başa çatdı

Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün müntəzəm çempionatında mübarizə başa çatıb.

Arena.az xəbər verir ki, bu gün 20-ci turun son iki qarşılaşması keçirilib.

A qrupunun lideri “Sabah” ikinci pillədəki “Naxçıvan”a qalib gəlib – 111:89.

B qrupunda isə “Gəncə” “Sumqayıt”dan güclü olub – 94:92.

Xatırladaq ki, sonuncu turun əvvəlki matçlarında “Şəki” “Lənkəran”ı 107:78, “Ordu” “Quba”nı 97:88, “Neftçi” “Abşeron”u 85:77, “Sərhədçi” NTD-ni 103:77 hesabıyla məğlub etmişdi.

Azərbaycan Basketbol Liqası
20-ci tur
6 aprel

A qrupu

“Sabah” – “Naxçıvan” 111:89
Bakı İdman Sarayı.

Xallar: Sabah – 36. Naxçıvan – 32. Neftçi – 31. Abşeron – 28. Sərhədçi – 27. NTD – 26.

B qrupu

“Gəncə” – “Sumqayıt” 94:92
Gəncə İdman Sarayı.

Xallar: Şəki – 36. Gəncə – 35. Ordu – 33. Sumqayıt – 28. Quba – 25. Lənkəran – 23.

Xəbəri sosial şəbəkələrdə paylaş: