3×3 basketbol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Serbiyanın Novi Sad şəhərində təlim-məşq toplanışındadır.
Arena.az xəbər verir ki, iyunun 1-dən etibarən başlamış hazırlıq prosesinə ayın 15-də yekun vurulacaq.
Millimiz, zədə səbəbindən məşqlərə yenicə qatılmış kapitan Amil Həmzəyevin heyətə qoşulması ilə məşqlərini tam heyətlə və mütəmadi şəkildə davam etdirir.
Bu təlim-məşq toplanışında əsas məqsəd 17 və 18 iyunda Kiprin Limasol şəhərində baş tutacaq Avropa Kubokunun seçmə mərhələ oyunlarına hazırlaşmaqdır.
Xatırladaq ki, basketbol millimiz Avropa Kubokunun seçmə mərhələsində A qrupunda yerli Kipr, Lüksemburq və Malta yığmaları ilə mübarizə aparacaq.