Basketbol: Millimiz İsveçrə, Kosovo və İrlandiyaya rəqib oldu

Basketbol üzrə kişilərdən ibarət Azərbaycan millisinin dünya çempionatının ilkin təsnifat mərhələsində qarşılaşacağı rəqiblər müəyyənləşib.

Arena.az xəbər verir ki, dünya çempionatının ilkin təsnifat mərhələsinin püşkatma mərasimi Almaniyanın Münhen şəhərində baş tutub.

Püşkü nəticələrinə əsasən, milli komandamız A qrupunda İsveçrə, Kosovo və İrlandiya yığmaları ilə mübarizə aparacaq.

Qrup oyunları dairəvi sistem ilə oynanılacaq. Üç qrup qalibi ilə birgə ən yaxşı qrup ikincisi, 2025-ci ilin yayında baş tutacaq Dünya çempionatının ilkin təsnifat mərhələsinin ikinci mərhələsinə yüksələcək.

Qeyd edək ki, təsnifat mərhələsinin ilk qrup oyunları 2024-cü il 19-27 fevral aralığında keçiriləcək

Basketbol üzrə növbəti dünya çempionatı 2027-ci il Qətərdə keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: