Basketbol: Millimiz Kosovoda məğlubiyyətə üzüldü

Bu gün basketbol üzrə kişilərdən ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, yığmamız DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsi çərçivəsində Kosovo milli komandasının qonağı olub.

Sonuncu səfər matçına Priştinada çıxan millimiz ümidləri doğrulda bilməyib. Tahir Baxşıyevin yetirmələri Bakıda məğlub etdikləri bu rəqiblə səfərdə bacarmayıblar. Millimiz oyuna yaxşı baslasa da, meydan sahibləri sonradan hesabda önə keçiblər. Komandamız görüşü 79:81 hesabı ilə uduzub. Məğlubiyyət nəticəsində yığmamız sonuncu pilləyə enib.

Qeyd edək ki, basketbol yığmamız seçmə mərhələdə sonuncu oyununu fevralın 23-də Bakıda İrlandiyaya qarşı keçirəcək.

DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsi
A qrupu, 5-ci tur
20 fevral

Kosovo – Azərbaycan 81:79 (20:21, 23:20, 17:18, 21:20)
Hakimlər: Stilianos Simeonidis (Yunanıstan), Mehmet Şahin (Türkiyə), Mladen Luçiç (Monteneqro).
Priştina. Gənclər və İdman Sarayı.

İsveçrə – İrlandiya 85:54 (30:16, 18:15, 19:9, 18:14)

Xallar: İsveçrə – 10. Kosovo – 7. İrlandiya – 7. Azərbaycan – 6.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: