Basketbol millimiz Monteneqroya da uduzdu

Qadınlardan ibarət basketbol üzrə Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv bu gün E qrupundakı ikinci oyununda Monteneqro yığması üz-üzə gəlib.

Bakı İdman Sarayında keçirilmiş qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb – 104:62.

Azərbaycan milli komandası qrupdakı növbəti oyununu noyabrın 18-də səfərdə Ukrayna yığmasına qarşı keçirəcək.

Xatırladaq ki, basketbol yığmamız seçmə mərhələdəki ilk matçda Bolqarıstan millisinə Bakıda 48:141 hesabı ilə məğlub olmuşdu.

İki turdan sonra millimizin yer aldığı E qrupunda Monteneqro 3 xalla liderdir. Bu gün üz-üzə gələcək Bolqarıstan və Ukrayna yığmalarının 2 xalı var. Azərbaycan millisi də 2 xalla qrup sonuncusudur.

Xəbəri sosial şəbəkələrdə paylaş: