Basketbol: “Naxçıvan” “Abşeron”a ilk oyunda qalib gəldi

Kişilər arasında təşkil olunmuş Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025 mövsümünün pley-off mərhələsi davam edir.

Arena.az xəbər verir ki, bu gün ilk oyunlara yekun vurulub.

Günün yeganə matçı Bakı İdman Sarayında keçirilib. “Naxçıvan” “Abşeron”u sınağa çəkib. Gərgin keçən oyun birincilərin qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında ikinci oyun aprelin 22-də baş tutacaq.

Xatırladaq ki, bu raundun əvvəlki görüşlərində “Şəki” “Gəncə”ni 85:84, “Neftçi” “Ordu”nu 93:84, “Sabah” isə “Sərhədçi”ni 90:64 hesabı ilə məğlub edib.

Azərbaycan Basketbol Liqası
Pley-off mərhələsinin ilk oyunu
19 aprel

“Naxçıvan” – “Abşeron” 88:83 (24:19, 26:26, 17:16, 21:22)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: