Basketbol: “Neftçi” Şuşada çempion oldu!

Bu gün Şuşa şəhərində təşkil olunmuş 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, əvvəlcə 1/4 final görüşləri baş tutub.

Bu mərhələnin ilk qarşılaşmasında Macarıstan millisi Rumıniya yığmasını 21:13 hesabı ilə üstələyib. Nəticədə bu komanda bir gün öncə qrup lideri olmaqla yarımfinala birbaşa vəsiqə qazanmış Azərbaycan təmsilçisi “Neftçi”nin rəqibi olub.

1/4 final mərhələsinin sonuncu matçında isə Almaniya yığması Yaponiyanın “G FLOU” klubuna 22:16 hesabıyla qalib gəlib. Almanlar da finala gedən yolda Niderlanda rəqib olublar.

Yarımfinalda Macarıstan millisinə 15:14 hesabı ilə qalib gələn “Neftçi” həlledici qarşılaşmaya vəsiqə qazanıb. Digər yarımfinal cütündə isə Almaniya yığması Niderlandla üz-üzə gəlib. 21:10 hesabı ilə qalib gələn Niderland yığması həlledici oyunda “Neftçi”yə rəqib olub.

Beləliklə, finalda “Neftçi” ilə Niderland millisi üz-üzə gəlib. Rəqibini 20:12 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Şuşa mərhələsinin qalibi olub.

“Neftçi”nin üzvü Arika Derris Karter matçın ən yaxşı oyunçusu adına layiq görülüb.

Xatırladaq ki, “Neftçi” bir gün öncə qrup mərhələsindəki oyunlarının da hamısından qalib ayrılmışdı. B qrupunda yer alan Azərbaycan milli komandası isə bütün oyunlardan məğlub ayrılmaqla qrupda qalıb.

Dünya Qadın Seriyasının Şuşa mərhələsi çərçivəsində baş tutan oyunlarda qeydə alınan bütün nəticələr belə olub:

A qrupu

Almaniya – Türkiyə 17:9
Rumıniya – “Neftçi” 11:20
Türkiyə – “Neftçi” 7:21
Almaniya – Rumıniya 21:15
Rumıniya – Türkiyə 19:18
“Neftçi” – Almaniya 16:14

B qrupu

Niderland – “G FLOU” 15:9
Macarıstan – Azərbaycan 21:6
“G FLOU” – Azərbaycan 21:6
Niderland – Macarıstan 20:14
Macarıstan – “G FLOU” 21:10
Azərbaycan – Niderland 9:21

1/4 final

Macarıstan – Rumıniya 21:13
Almaniya – “G FLOU” 22:16

Yarımfinal

“Neftçi” – Macarıstan 15:14
Almaniya – Niderland 10:21

Final

“Neftçi” – Niderland 20:12

Xəbəri sosial şəbəkələrdə paylaş: