16 yaşadək oğlanlardan ibarət basketbol üzrə Azərbaycan millisi Avropa çempionatının C Divizionunda növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi milli komandamız qrup mərhələsinin son matçında Malta yığması ilə qarşılaşıb.
Azərbaycan millisi bu rəqibini 56:50 hesabı ilə üstələyib. Bu qələbədən sonra yığmamız qrup ikincisi kimi adını yarımfinala yazdırıb.
Xatırladaq ki, milli komandamız bundan əvvəl Albaniyaya 56:60 hesabı ilə uduzsa da, ikinci turda Moldovaya 78:55 hesabı ilə qalib gəlmişdi.
Qeyd edək ki, yarımfinal görüşləri iyulun 13-də keçiriləcək.


