Basketbol: Sabah cari mövsümün çempionu müəyyənləşə bilər

Sabah – mayın 24-də “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının final seriyasında 4-cü oyun baş tutacaq.

Arena.az xəbər verir ki, “Sabah” və “Xəzri” komandaları arasında keçirilən final seriyasındakı ümumi hesab 2:1 birincilərin xeyrinədir.

Son çempion “Sabah” final seriyasının 4-cü görüşündə debütant “Xəzri” üzərində qələbə qazanarsa, o zaman çempionluğu bayram edəcək. “Xəzri” isə final seriyasında ümumi hesabı bərabərləşdirməyi bacarsa, final seriyası 5-ci oyuna qədər uzanacaq.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının super seriyasında 4-cü oyun sabah saat 19:30-da başlayacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: