Basketbol: U-16 millimiz AÇ-də 4-cü oldu

16 yaşlı oğlanlardan ibarət basketbol üzrə Azərbaycan millisi Avropa çempionatının C Divizionunda 3-cü yer uğrunda oyuna çıxıb.

Arena.az xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi millimiz Albaniyanın paytaxtı Tirana şəhərində təşkil olunmuş oyunda Ermənistan yığması ilə qarşılaşıb.

Fasiləyə üstün yollanan komandamız sonradan üstünlüyü əldən verib. Azərbaycan basketbolçuları yekunda 63:71 hesabı ilə uduzaraq turniri 4-cü yerdə başa vurublar.

C Divizionunun finalında Kosovo və Albaniya yığmaları üz-üzə gələcəklər.

Xatırladaq ki, 16 yaşadək oğlanlardan ibarət basketbol yığmamız qrup mərhələsində meydan sahibi Albaniyaya 56:60 hesabı ilə uduzmuşdu. Lakin sonrakı iki görüşdə Moldova (78:55) və Maltanı (56:50) üstələyən millimiz yarımfinala vəsiqə əldə etmişdi. Komandamız yarımfinalda Kosovoya 41:76 hesabı ilə məğlub olmuşdu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: