16 yaşadək qızlardan ibarət basketbol üzrə Azərbaycan millisi Avropa çempionatının C Divizionunda qrupdakı son matçına çıxıb.
Arena.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi komandamız bu gün Kipr yığması ilə üz-üzə gəlib.
Qarşılaşma millimizin 68:45 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, A qrupunda mübarizə aparan Azərbaycan millisi əvvəlki görüşlərdə Ermənistan millisini 86:59, Gürcüstanı isə 97:40 hesabı ilə məğlub etmişdi. Ardıcıl üçün qələbə sayəsində basketbol millimiz yarımfinalda iştirak hüququ qazanıb.


