Basketbol: U-16 millimizdən Ermənistan üzərində parlaq qələbə

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol üzrə milli komandası Avropa çempionatının C Divizionunda ilk matçına çıxıb.

Arena.az xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu yığmamız Ermənistan komandası ilə üz-üzə gəlib.

Cəbəllütariqdə gerçəkləşən qarşılaşma millimizin parlaq qələbəsi ilə bitib – 86:59.

Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (26 xal, 6 ribaund) seçilib.

U-16 yığmamız növbəti oyununu iyulun 10-da Gürcüstan milli komandasına qarşı keçirəcək. Bu oyuna Bakı vaxtı ilə saat 12:30-da start veriləcək. Ayın 11-də isə basketbol millimizi Kipr kollektivi ilə görüş gözləyir.

Millimizin baş məşqçisi Evren Alkaya Avropa çempionatındakı ilk oyunu şərh edib. O, Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Görüşə yüksək səviyyədə hazırlaşmışdıq. Rəqibin hücumlarının qarşısını almağa çalışırdıq. Müdafiədə aqressiv oynadıq, rəqibə rahat oynamağa imkan vermədik. Hücumlarımızı məntiqi sonluqla başa vurmağı bacardıq. Ümid edirəm ki, nəticələrimiz uğurlu olacaq və çempionluq sevinci yaşayacağıq. Bu matçda qələbəyə inandıq və bunu bacardıq. Ermənistan üzərində qələbə Azərbaycan xalqına hədiyyə olsun”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: