Bu gün Bakıda 18 yaşlı oğlanlar arasında keçirilən (U-18) basketbol üzrə Avropa çempionatının C Divizionunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, A qrupunda qərarlaşmış U-18 millimiz qrupdakı ilk oyununda Malta yığması ilə üz-üzə gəlib.
Qarşılaşmaya üstün başlayan yığmamız gərgin oyunun yekununda rəqibinə 73:54 hesabı ilə qalib gəlib.
U-18 millimizin qrupdakı növbəti rəqibi Cənubi Kipr seçməsi olacaq. Bu oyun iyulun 31-də baş tutacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.


