Basketbol: U-20 millimizdən Avropa çempionatında fiasko

20 yaşadək oğlanlardan ibarət basketbol üzrə Azərbaycan millisi Avropa çempionatının B Divizionunda qüvvəsini sınayıb.

Arena.az xəbər verir ki, Rumıniyada təşkil olunmuş yarış Azərbaycan basketbolçuları üçün uğursuz alınıb.

Belə ki, yığmamız bu Avropa çempionatında tam bir fiasko yaşayıb və keçirdiyi bütün oyunlarda məğlubiyyətə üzülüb.

İspaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi komandamız startda Portuqaliya yığması ilə görüşüb. Oyun rəqib komandanın üstünlüyü ilə keçib. Portuqaliya 90:34 hesabı ilə qalib gəlib.

Qrup mərhələsinin 2-ci turunda Böyük Britaniya ilə qarşılaşan yığmamız bu rəqibinə də ciddi müqavimət göstərə bilməyib. Britaniyalılar 46 top fərqi ilə qalib gəliblər.

Üçüncü turda Azərbaycan millisi İrlandiya ilə görüşüb. Yığmamız bu görüşdə 58:61 hesabı ilə uduzub.

B qrupunda yer almış millimiz son turda Niderlandla qarşılaşıb və böyük fərqlə məğlub olub. Ardıcıl dördüncü məğlubiyyətini alan millimiz qrupda sonuncu yeri tutub. Bu üzdən də komandamız 17-20-ci yerlər üçün mübarizə aparmaq məcburiyyətində qalıb.

Komandamız bu dəfə İsveçrə ilə qarşılaşıb. 40:111 hesabı ilə uduzan komandamız 19-cu yer uğrunda görüşdə də məğlubiyyətə üzülüb. Ermənistanla qarşılaşan millimiz çempionatı 20-ci pillədə başa vurub.

Bununla da Azərbaycanın basketol üzrə U-20 yığması bu Avropa çempionatında tam bir fiasko yaşayaraq, keçirdiyi 6 oyunun hamısında uduzub və sonuncu olub.

U-20-lər (oğlanlar) arasında Avropa çempionatı
B Divizionu, B qrupu

1-ci tur, 12 iyul
21:30. Portuqaliya – Azərbaycan – 90:34 (16:14, 21:3, 27:14, 26:3)
Mioveni İdman Zalı.

2-ci tur, 13 iyul
16:30. Azərbaycan – Böyük Britaniya – 51:97 (14:31, 16:18, 16:27, 5:21)
Piteşti İdman Zalı.

3-cü tur, 14 iyul
14:00. İrlandiya – Azərbaycan – 61:58 (22:17, 22:7, 11:16, 6:18)
Pitesti Arena.

4-cü tur, 17 iyul
14:00. Azərbaycan – Niderland – 60:109 (6:11, 21:34, 10:27, 23:37)
Piteşti Arena.

17-20-ci yerlər uğrunda oyun, 19 iyul
19:00. İsveçrə – Azərbaycan – 101:40 (22:8, 25:15, 21:6, 33:11)
Piteşti İdman Zalı.

19-cu yer uğrunda oyun, 21 iyul
14:00. Azərbaycan – Ermənistan – 61:71 (17:19, 13:13, 14:19, 17:20)
Piteşti İdman Zalı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: