Basketbol yığmalarımız AÇ-nin oyunlarına Qaxda hazırlaşır

Basketbol üzrə oğlanlardan ibarət U-16 və U-18 yığma komandalarımız Qax Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına start veriblər.

Arena.az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlıq prosesinə iyunun 1-dən start verilib.

Tahir Baxşıyev və Polad Həsənovun rəhbərlik etdiyi yığmalarımız gündə iki dəfə olmaqla, müntəzəm şəkildə məşqlərini davam etdirirlər.

Təlim-məşq toplanışı iyunun 15-nə qədər davam edəcək.

Xatırladaq ki, U-16 yığmamızın hazırlıq prosesindəki əsas məqsədi 19-27 iyulda Kosovonun Priştina şəhərində keçiriləcək Avropa çempionatının C Divizionunun oyunlarına hazırlaşmaqdır.

U-18 millimiz də 29 iyul – 6 avqust aralığında Bakı şəhərində keçiriləcək Avropa çempionatının C Divizionunun oyunlarına hazırlaşır.