Basketbol yığmamızdan növbəti biabırçı məğlubiyyət

Basketbol üzrə qadınlardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Arena.az xəbər ki, millimiz bu dəfə Litva ilə qarşılaşıb

Polşada keçirilən görüşdə rəqib komanda favorit olduğunu sübuta yetirib. Qrupda keçirdiyi hər 3 oyunda uduzan Evren Alkayanın komandası bu görüşdə də sürprizə imza ata bilməyib. Tərəflər arasında baş tutan ilk matçda 99:62 hesabı ilə qalib gələn Litva basketbolçuları bu dəfə daha böyük fərqlə qələbə qazanıblar. Millimiz 47:108 hesabı ilə uduzub.

Xatırladaq ki, yığmamız 3 gün əvvəl Polşaya da 51:105 hesabı ilə məğlub olmuşdu.

Yığmamız bu mərhələdə 3-cü dəfə 50 və daha artıq fərqlə uduzub. Bu dəfə komandamız 61 xallıq fərqə üzülüb. Bu, davam edən seçmə mərhələdə ikinci ən böyük fərqdir.

Antirekord da millimizə məxsusdur. Komandamız Belçikaya 108 xalıq fərqlə məğlub olub.

Ümumiyyətlə, seçmə mərhələdə 4 matç 50 və ya daha çox fərqlə başa çatıb. Bunların üçü yığmamızın hesabındadır. “Het-trik”i olan millimizdən başqa yalnız İrlandiya belə acınacaqlı məğlubiyyət alıb.

50 və daha böyük fərqin qeydə alındığı oyunlar:
108 xal
Azərbaycan – Belçika – 28:136
61 xal
Azərbaycan – Litva – 47:108
54 xal
Polşa – Azərbaycan – 105:51
52 xal
İrlandiya – Fransa – 48:100

Qeyd edək ki, 4 oyunun hamısında uduzan basketbol yığmamız seçmə mərhələdə daha iki oyun keçirəcək.

AÇ-2025-in seçmə mərhələsi
C qrupu, 4-cü tur
10 noyabr

Azərbaycan – Litva 47:108 (16:23, 13:30, 13:24, 5:31)
Sosnovyek, “ArkelorMittal Park”.

Xal: Belçika – 7. Litva – 7. Polşa – 6. Azərbaycan – 4.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: