“Bayer” baş məşqçi postunda dəyişiklik etdi

Almaniyanın “Bayer” klubunun baş məşqçi postunda dəyişiklik edilib.

Arena.az xəbər verir ki, Bundesliqa təmsilçisinin çalışdırıcısı Peter Boş istefaya göndərilib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə, alınan uğursuz nəticələrə görə Boşun istefaya göndərildiyi bildirilib. Niderlanddan ola 57 yaşlı mütəxəssis 2018-ci ilin dekabrından Leverkuzen klubunu çalışdırırdı.

“Bayer” Peter Boşun əvəzində baş məşqçi postuna Hannes Volfu gətirib. 39 yaşlı mütəxəssis mövsümün sonuna qədər Leverkuzen komandasını çalışdıracaq. Avstriyalı məşqçi daha öncə ölkəsinin U-16 və U-21 yığmalarında işləyib.

Bu mövsüm Bundesliqada keçirdiyi 26 oyunda 40 xal toplamış “Bayer” 6-cı sırada qərarlaşıb. Mövsümə çox yaxşı başlamış komanda son beş matçdan üçündə məğlubiyyətlə üzləşib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: