“Bayer” “Bayern”dən səfərdə xal aldı

Futbol üzrə Almaniya Bundesliqasında 25-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, turun əksər görüşləri şənbə gününə təsadüf edib.

“Bohum” “Qroyter”i, “Volfsburq” “Union Berlin”i, “Ştutqart” isə Mönxenqladbax “Borussiya”sını məğlub yola salıb. “Herta” doğma meydanda “Ayntraxt”a böyük hesabla uduzub. “Leypsiq” – “Frayburq” matçında isə qalib müəyyənləşməyib.

Turun mərkəzi qarşılaşması Münhendə baş tutub. Burada lider “Bayern”lə “Bayer” üz-üzə gəliblər. Kağız üzərində Münhen klubu favorit hesab olunsa da, Leverkuzen təmsilçisi ikinci dövrədə yaxşı təsir bağışlayır. “Əczaçılar” 2022-ci ildə Bundesliqada keçirdiyi 7 oyunun yalnız birində məğlub olmuşdu. Sözügedən komanda elə liderlə oyundan da xalla ayrılmağı bacarıb.

Çempionluğa iddialı digər komanda Dortmund “Borussiya”sı “Maynts”ın qonağı olacaq. Avrokuboklarda mübarizəni dayandıran “sarı-qaralar” artıq bütün diqqətini daxili arenaya yönəldə bilər.

Almaniya Bundesliqası
25-ci tur
4 mart

Arminiya – Auqsburq
Qol: Kaligiuri, 50.

5 mart

Bayern – Bayer 1:1
Qol: Sule, 18 – Müller, 36-öz qapısına.

Bohum – Qroyter 2:1
Qol: Leytş, 35. Losilla, 71 – Bella, 64-öz qapısına.

Volfsburq – Union Berlin 1:0
Qol: Avoniyi, 24.

Herta – Ayntraxt 1:4
Qol: Selke, 61 – Knauff, 17. Tuta, 48. Lindstrom, 56. Borre, 63.

Leypsiq – Frayburq 1:1
Qol: Anxelinyo, 90 – Dəmiroviç, 38.

Ştutqart – Borussiya (Mönxenqladbax) 3:2
Qol: Endo, 38. Fuhrix, 51. Kalaydziç, 83 – Plea, 14. Turam, 35.

6 mart

18:30. Maynts – Borussiya (Dortmund)
20:30. Köln – Hoffenhaym

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: