“Bayern” “Union Berlin”ə darmadağınla qalib gəldi

Futbol üzrə Almaniya Bundesliqasında 27-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, turun əksər görüşləri şənbə gününə təsadüf edib.

“Qroyter” – “Frayburq” matçında hesab açılmayıb. Beş qolun qeydə alındığı “Ştutqart” – “Auqsburq” matçı meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. “Herta” “Hoffenhaym”ı, “Maynts” isə “Arminiya”nı darmadağınla yola salıb.

Son iki turda qələbə qazana bilməyən lider “Bayern” bu dəfə “Union Berlin”i sınağa çəkib. Münhen təmsilçisi bu görüşdə darmadağına sevinib.

“Leypsiq” – “Ayntraxt” və “Volfsburq” – “Bayer” görüşləri maraqlı mübarizə vəd edir. Turun qapanış matçında da “Köln” Dortmund “Borussiya”sını sınağa çəkəcək.

Almaniya Bundesliqası
27-ci tur
18 mart

Bohum – Borussiya (Mönxenqladbax) 0:2
Qol: Plea, 55. Embolo, 61.

19 mart

Herta – Hoffenhaym 3:0
Qol: Stark, 39. Belfodil, 63. Tuzar, 74.

Qroyter – Frayburq 0:0

Maynts – Arminiya 4:0
Qol: Burkardt, 1; 75. Niakate, 65-pen. İnqvartsen, 79-pen.

Ştutqart – Auqsburq 3:2
Qol: Anton, 44. Marmuş, 79. Tyaqo, 85 – Han, 6. Qreqoritş, 45+1.

Bayern – Union Berlin 4:0
Qol: Koman, 16. Nyanzu, 25. Levandovski, 45+1; 47.

20 mart

18:30. Leypsiq – Ayntraxt
20:30. Volfsburq – Bayer
22:30. Köln – Borussiya (Dortmund)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: