“Bayern”in prezidenti Herberq Hayner “Barselona”nın baş məşqçisi Xavinin Yozua Kimmix haqda dediyi sözlərə münasibətini bildirib.
Arena.az bu barədə “Sky Sport Germany”yə istinadən xəbər verir.
Xavi Münhen təmsilçisinin yarımmüdafiəçisi Kimmixin “Barselona”ya keçməsini istədiyini söyləyib. O, alman futbolçunun yüksək səviyyəli oyunçu olduğunu vurğulayıb.
“Mən başa düşmürəm ki, onlar nədən bizim oyunçu ilə açıq və aqressiv “oynaşırlar”. Yozua Kimmix bizim üçün təməl daşıdır. O, bizim gələcəklə bağlı planlarımızdadır, bu, şübhəsizdir”, deyə “Bayern”in prezidenti Xavinin sözlərinə münasibət bildirib.
Xatırladaq ki, 28 yaşlı Kimmix 2015-ci ilin yayından “Bayern”dədir və bura “Ştutqart”dan gəlib. Münhen klubu ilə Kimmix 8 dəfə Almaniya çempionu, həmçinin 2019/2022 mövsümündə UEFA Çempionlar Liqasının qalibi olub.


