Benzya, Yankoviç, Veşoviç və Andradeyə milli dəvət

“Qarabağ”ın legioner futbolçuları – Yassin Benzya, Marko Yankoviç, Marko Veşoviç və Patrik Andrade ölkələrinin milli komandasına dəvət alıblar.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Ölkəsinin yığmasına dəvət alanlar arasında polşalı qapıçı Mateuş Koxalski də var. Hansı ki, 24 yaşlı qolkiperin Polşa yığmasına dəvət aldığı barədə daha öncə məlumat vermişdik.

Yarımmüdafiəçi Yassin Benzya Əlcazair millisinə dəvət alıb. 30 yaşlı hücumameyilli yarımmüdafiəçinin komandasını iyunun 5-də Ruanda və ayın 10-da İsveç yığmaları ilə yoxlama oyunları gözləyir.

Patrik Andrade isə Kabo-Verde milli komandasına dəvət alıb. 32 yaşlı mərkəz yarımmüdafiəçisinin komandası iyunun 8-də Gürcüstan yığması ilə yoxlama görüşündə üz-üzə gələcək. Hansı ki, Gürcüstan millisinin də bu oyun üçün açıqlanmış heyətində “Zirə”nin hücumçusu Davit Volkov var.

Marko Yankoviç və Marko Veşoviç isə Monteneqro millisinə çağırılıblar. “Qarabağ”ın legionerləri iyunun 6-da dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində Çexiya ilə səfər oyununun iştirakçısı ola bilərlər. İyunun 9-da isə Monteneqro yığması Ermənistanla yoxlama görüşündə üz-üzə gələcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: