Avropa Liqasının “Beşiktaş” – “Makkabi” (Təl-Əviv) oyunu Türkiyə hakimiyyətinin tələbi ilə bitərəf meydanda keçiriləcək.
Arena.az bu barədə Türkiyə klubunun mətbuat xidmətinə istinadən məlumat verir:
“Klubumuzla UEFA arasında bitərəf ölkə ilə bağlı danışıqlar davam edir. “Beşiktaş, 121 illik tarixi olan, heç bir idman yarışından çəkinməyən bir klub olaraq, harada və hansı şəraitdə oynanılmasından asılı olmayaraq, bu oyuna eyni əzm və idman ruhu ilə yanaşacaq”, – “qara qartal”ın rəsmi bəyanatında deyilir.
Xatırladaq ki, klubların görüşü İstanbulda baş tutmalı idi, amma sonradan, Türkiyə hakimiyyəti mümkün təxribatlardan ehtiyat edərək, oyunun keçirilməsi üçün bitərəf məkan seçilməsini tələb edib.
“Beşiktaş” – “Makkabi” oyunu təqvim üzrə noyabrın 28-də baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə 21:45-də başladacaq.


