Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Beşiktaş” – “Neftçi” oyunu “qara qartallar”ın 2:1 hesablı qələbəsi ilə başa çatdı.
Arena.az İstanbulda baş tutan bu matçın yekun protokolunu və icmalını təqdim edir.
Xatırladaq ki, Azərbaycan və Türkiyə təmsilçiləri arasında Bakıda baş tutan ilk oyunda da “Beşiktaş” 2:1 hesabıyla üstün olmuşdu. Bu üzdən İstanbul təmsilçisi növbəti mərhələyə adladığı halda Azərbaycan klubu avrokuboklarda mübarizəni dayandırıb.
Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu
17 avqust
“Beşiktaş” – “Neftçi” 2:1
Qollar: Vensan Abubakar, 57. Cekson Muleka, 71 – Emin Mahmudov, 36.
Baş hakim: Yulian Vaynberger (Avstriya).
İstanbul. “Beşiktaş Arena”.
İlk oyun – 3:1.
Beşiktaş: 34. Mert Günok, 24. Valentin Rozye, 20. Necip Uysal (k), 12. Daniel Amarti, 77. Umut Meraş (26. Artur Masuaku, 46), 71. Jan Onana (19. Amir Hacıahmetoviç, 46), 21. Demir Tıknaz (8. Salih Uçan, 77), 83. Jedson Fernandes, 90. Semih Kılıçsoy (4. Onur Bulut, 49), 7. Ante Rebiç (10. Vensan Abubakar, 46), 40. Cekson Muleka.
Ehtiyat oyunçular: 1. Ersin Destanoğlu, 97. Utku Yuvakuran, 3. Fransisko Montero, 9. Cenk Tosun, 17. Kerem Kesgin, 23. Kartal Yılmaz, 99. Emrecan Bulut.
Baş məşqçi: Şenol Günəş.
Neftçi: 1. İvan Brkiç, 5. Kenni Sayef (19. Azər Salahlı, 79), 4. Mark Tamaş, 44. Yuri Matias, 99. Ervin Koffi, 10. Filip Ozobiç (17. Rəhman Hacıyev, 64), 8. Emin Mahmudov (k), 23. Ataa Caber, 11. Kilan Lebon, 25. Aaron Olanare (77. Yeqor Boqomolski, 69), 9. Andre Şinyaşiki (21. İsmayıl Zülfüqarlı, 79).
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov. 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 27. Fərid Yusifli.
Baş məşqçi: Adrian Mutu.


