“Beşiktaş” “Neftçi” ilə oyuna bu heyətlə gəlir – Fotolar

Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq Türkiyənin “Beşiktaş” komandası Bakıya yola düşüb.

Arena.az xbər verir ki, bu gün Azərbaycana gələcək komandanın heyətində 23 oyunçu yer alıb.

Baş məşqçi Şenol Günəş Bakıda keçiriləcək ilk oyun üçün 3 qapıçı, 6 müdafiəçi, 10 yarımmüdafiəçi və 4 hücumçu seçib.

“Neftçi” ilə oyunlar üçün açıqlanmış iştirak ərizəsində yer alan Emir Yaşar, Göktuğ Baytekin, Artur Masuaku, Aytuğ Kömeç, Rəşid Gezzal, Berkay Vardar, Emirhan Delibaş, Cenk Tosun, Azad Dəmir və Mustafa Həkimoğlu isə İstanbulda qalıblar. Baş məşqçi səfər matçında onlara ehtiyac duymayıb.

Qapıçılar: 1. Ersin Destanoğlu, 34. Mert Günok, 97. Utku Yuvakuran;

Müdafiəçilər: 3. Fransisko Montero, 4. Onur Bulut, 6. Omar Kolli, 12. Daniel Amarti, 24. Valentin Rozye, 77. Umut Meraş;

Yarımmüdafiəçilər: 8. Salih Uçan, 17. Kərəm Kesgin, 19. Amir Haciahmetoviç, 20. Necip Uysal, 21. Dəmir Tıknaz, 23. Kartal Yılmaz, 41. Oğuzhan Akgün, 71. Jan Onana, 83. Jedson Fernandeş, 99. Emrecan Bulut;

Hücumçular: 7. Ante Rebiç, 10. Vensan Abubakar, 40. Cekson Muleka, 90. Semih Kılıçsoy.

Xatırladaq ki, “Neftçi” – “Beşiktaş” oyunu avqustun 10-da “Neftçi Arena”da keçiriləcək. Qarşılaşmaya saat 21:00-da start veriləcək. Azərbaycan və Türkiyə klubları arasındakı cavab qarşılaşması bir həftə sonra – avqustun 17-də İstanbulda keçiriləcək. Həmin matça da Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Sonda onu da qeyd edək ki, bu cütün qalibi Avropa Konfrans Liqasının pley-offunda “Aris” (Yunanıstan) – “Dinamo” (Kiyev, Ukrayna) görüşünün güclüsü ilə üz-üzə gələcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: