Birinci Liqa: 2026/27 mövsümünün ilk turunun oyun cədvəli

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2026/2027-ci illər mövsümünün 1-ci turunun oyun cədvəli müəyyənləşib.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir.

İlk turun bütün görüşləri saat 17:00-da start götürəcək. Amma qarşılaşmaların üçü sentyabrın 3-də, qalan ikisi isə ayın 4-də keçiriləcək.

Birinci Liqa
1-ci tur

3 sentyabr

MOİK – “Şahdağ Qusar”
Binə qəsəbə stadionu.

“Baku Sportinq” – “Karvan”
“Baku Sportinq Arena”.

“Xankəndi” – “Səbail”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu.

4 sentyabr

“Şimal” – “Gəncəbasar”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu.

“Mingəçevir” – “Zaqatala”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança).

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: