Birinci Liqa: “İmişli” lideri dəyişdi – Video

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 10-cu turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Qaradağ Lökbatan” “Mingəçevir”lə ev oyununda 3 xalı 3 cavabsız qolla qazanıb. “İmişli” də MOİK-i məğlub yola salıb. Səfərdə “Araz Saatlı” ilə qarşılaşan “Şamaxı” isə 3 xalı tək qolla əldə edib.

Bu nəticələrdən sonra lider MOİK ikinci sıraya düşüb. Əvəzində “Qaradağ Lökbatan” vahid liderə çevrilib.

Birinci Liqa
10-cu tur
6 dekabr

“Karvan” – “İrəvan” 2:0
Qollar: Müşfiq Teymurov, 49. Peter Kinqs, 90+5.
Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elçin Mehdiyev.
Yevlax şəhər stadionu, 14:00.

“Zaqatala” – “Difai Ağsu” 4:2
Qollar: Roini İsmayılov, 51. Kənan Müslümov, 90. Nizami Səmədov, 90+4. Kamil Hüseynov, 90+6-öz qapısına – İlham Allahverdiyev, 18. Rəhman Quliyev, 47.
Hakimlər: Emin Əliyev, Rəhman İmami, Asiman Əzizli, Rövşən Rəcəbov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Zaqatala OİK stadionu, 14:00.

7 dekabr

“Qaradağ Lökbatan” – “Mingəçevir” 3:0
Qollar: Ürfan İsmayılov, 61; 90+2. Xəlil Bəşirov, 77.
Hakimlər: Şamil İmanzadə, Namiq Hüseynov, Orxan İbişov, Əkbər Əhmədov.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.

“Araz Saatlı” – “Şamaxı” 0:1
Qol: Elşad Tağıyev, 59-pen.
Hakimlər: Kamran Əliyev, Kamran Bayramov, Mirhinad Seyidov, Səbuhi Bayramov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Saatlı OİK stadionu, 14:00.

“İmişli” – MOİK 2:1
Qollar: Həzrət İsayev, 23. Silva Gilyerme, 51 – İsa Zeynallı, 44-pen.
Hakimlər: Rauf Allahverdiyev, Elşad Abdullayev, Kərim Zeynalov, İslam Məmmədov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 14:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: