Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 10-cu turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Karvan” doğma meydanda “İrəvan”ı 2 cavabsız qolla üstələyib. Altı qolun qeydə alındığı “Zaqatala” – “Difai Ağsu” matçında da meydan sahibləri inamlı qələbəyə seviniblər.
Xatırladaq ki, turun qalan oyunları sabah keçiriləcək.
Birinci Liqa
10-cu tur
6 dekabr
“Karvan” – “İrəvan” 2:0
Qollar: Müşfiq Teymurov, 49. Peter Kinqs, 90+5.
Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elçin Mehdiyev.
Yevlax şəhər stadionu, 14:00.
“Zaqatala” – “Difai Ağsu” 4:2
Qollar: Roini İsmayılov, 51. Kənan Müslümov, 90. Nizami Səmədov, 90+4. Kamil Hüseynov, 90+6-öz qapısına – İlham Allahverdiyev, 18. Rəhman Quliyev, 47.
Hakimlər: Emin Əliyev, Rəhman İmami, Asiman Əzizli, Rövşən Rəcəbov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Zaqatala OİK stadionu, 14:00.
7 dekabr
“Qaradağ Lökbatan” – “Mingəçevir”
Hakimlər: Şamil İmanzadə, Namiq Hüseynov, Orxan İbişov, Əkbər Əhmədov.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.
“Araz Saatlı” – “Şamaxı”
Hakimlər: Kamran Əliyev, Kamran Bayramov, Mirhinad Seyidov, Səbuhi Bayramov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Saatlı OİK stadionu, 14:00.
“İmişli” – MOİK
Hakimlər: Rauf Allahverdiyev, Elşad Abdullayev, Kərim Zeynalov, İslam Məmmədov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 14:00.



