Birinci Liqa: MOİK-lə “Zaqatala” səfərdə qalib gəldi

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 9-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Araz Saatlı” doğma meydanda MOİK-ə, “Mingəçevir” isə “Zaqatala”ya minimal hesabla uduzub. “İmişli” – “Qaradağ Lökbatan” matçında qapılara ümumiyyətlə qol vurulmayıb.

9-cu tura sabah keçiriləcək “Şamaxı” – “Karvan” oyunu ilə yekun vurulacaq.

Birinci Liqa
9-cu tur
22 noyabr

“İrəvan” – “Difai Ağsu” 3:1
Qollar: Arsen Ağcabəyov, 80. Kamal Mirzəyev, 90+4. Cavid Tağıyev, 90+5 – Tahir Zeynalov, 75.
Hakimlər: Kamran Əliyev, Rahil Ramazanov, Zöhrab Abbasov, Murad Səlimov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Bakı. “ASK Arena”, 13:00.

23 noyabr

“Araz Saatlı” – MOİK 0:1
Qol: Sabir Allahquliyev, 51.
Hakimlər: Vüqar Həsənli, Sənan Atayev, Aydın Baxşıyev, Kamil Aydınov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Saatlı OİK stadionu, 14:00.

“Mingəçevir” – “Zaqatala” 0:1
Qol: Bəhruz Teymurov, 88.
Hakimlər: Elvin Bayramov, Asif Abdullayev, Elman Kərimov, İrşad Aydınov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00.

“İmişli” – “Qaradağ Lökbatan” 0:0
Hakimlər: Əli Əliyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 14:30.

24 noyabr

“Şamaxı” – “Karvan”
Hakimlər: Nicat İsmayıllı, Müslüm Əliyev, Vüqar Bayramov, Səbuhi Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Şamaxı şəhər stadionu, 14:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: