Birinci Liqa: “Şamaxı” “Karvan”a evdə məğlub oldu

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 9-cu turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Şamaxı” “Karvan”ı qəbul edib. Altı qolun qeydə alındığı oyunda Yevlax təmsilçisi səfərdə inamlı qələbəyə sevinib.

Birinci Liqa
9-cu tur
22 noyabr

“İrəvan” – “Difai Ağsu” 3:1
Qollar: Arsen Ağcabəyov, 80. Kamal Mirzəyev, 90+4. Cavid Tağıyev, 90+5 – Tahir Zeynalov, 75.
Hakimlər: Kamran Əliyev, Rahil Ramazanov, Zöhrab Abbasov, Murad Səlimov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Bakı. “ASK Arena”, 13:00.

23 noyabr

“Araz Saatlı” – MOİK 0:1
Qol: Sabir Allahquliyev, 51.
Hakimlər: Vüqar Həsənli, Sənan Atayev, Aydın Baxşıyev, Kamil Aydınov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Saatlı OİK stadionu, 14:00.

“Mingəçevir” – “Zaqatala” 0:1
Qol: Bəhruz Teymurov, 88.
Hakimlər: Elvin Bayramov, Asif Abdullayev, Elman Kərimov, İrşad Aydınov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00.

“İmişli” – “Qaradağ Lökbatan” 0:0
Hakimlər: Əli Əliyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 14:30.

24 noyabr

“Şamaxı” – “Karvan” 2:4
Qollar: Emin Zamanov, 45+2. Elşad Tağıyev, 47 – Ruslan Süleymanov, 11. Əli Abdullayev, 24-pen; 72-pen. Ruslan Voronsov, 84.
Hakimlər: Nicat İsmayıllı, Müslüm Əliyev, Vüqar Bayramov, Səbuhi Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Şamaxı şəhər stadionu, 14:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: