Futbol üzrə Azərbaycan çempionatının Birinci Liqasında 2025/2026-cı illər mövsümünün mükafatlandırma mərasimi keçiriləcək.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, mükafatlandırma mərasimi mayın 22-də Binə qəsəbə stadionunda baş tutacaq. Həmin gün bu arenada 27-ci turun “Zaqatala” – “Şəfa” oyunu bitdikdən sonra başlayacaq mərasimdə mükafatçılar təltif olunacaqlar, qalibə isə kubok təqdim ediləcək.
Xatırladaq ki, Birinci Liqada 2025/2026-cı illər mövsümünün qalibi 57 xal toplamış “Şəfa” olub. “Səbail” sona bir tur qalmış 50 xalla ikinci pillədə qərarlaşıbsa, “Mingəçevir” və “Baku Sportinq”in 48 xalı var.
Birinci Liqa
27-ci tur
21 may
MOİK – “Difai”
Binə qəsəbə stadionu, 17:00.
“Cəbrayıl” – “Şimal”
Şamaxı Olimpiya İdman Kopleksinin stadionu, 17:00.
22 may
“Zaqatala” – “Şəfa”
Binə qəsəbə stadionu, 16:00.
“Şahdağ Qusar” – “Baku Sportinq”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 17:00.
“Mingəçevir” – “Səbail”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 17:00.


