“Sabah”ın baş məşqçisi Boban Mitev basketbol üzrə Avropa Kubokunda Monteneqro “Mornar”ına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, komandasının 75:80 hesablı məğlubiyyətə üzüldüyü oyundan sonra bunları söyləyib:
“İlk olaraq rəqibi qələbə münasibətilə təbrik edirəm. Yaxşı oynadılar, çətin vəziyyətlərdə uğurlu atışlar etdilər. Müdafiə xəttimizi rəqibin hücumları qarşısında yaxşı hazırlamağa çalışdıq. Amma hücumlarımızda bəzi çatışmazlıqlar oldu. Məğlubiyyətimizin əsas səbəbi məhz nəzarət edə bilmədiyimiz hücumlar oldu. Azərbaycan üçün ilk tarixi qələbəmizi ev oyunumuzda qazanmağa çalışacağıq”.
Xatırladaq ki, “Sabah”ın yer aldığı D qrupunda “Baxçaşəhər Koleji” (Türkiyə) və “Nimbruk” (Çexiya) kollektivləri də mübarizə aparırlar. Azərbaycan çempionu növbəti görüşünü oktyabrın 25-də Bakıda, “Sərhədçi” İdman Kompleksində “Baxçaşəhər Koleji”nə qarşı keçirəcək. Oyuna saat 19:00-da start veriləcək.


