Boban Mitev: “Hesab oyuna görə olmadı”

“Sabah”ın baş məşqçisi Boban Mitev basketbol üzrə Avropa Kubokunda “Baxçaşəhər”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, komandasının Türkiyə təmsilçisinə 65:83 hesablı məğlubiyyətindən sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Nəticəyə görə azarkeşlərdən üzr istəyirik. İlk hissədə hücumda səhvlərimiz oldu. “Baxçaşəhər” kimi rəqibə qarşı oyunda bu cür səhvlər qəbuledilməzdir. Dördüncü periodda aradakı xal fərqini azalda bildik. Düşünürəm ki, hesab oyuna görə olmadı”.

Xatırladaq ki, “Sabah”ın yer aldığı D qrupunda “Baxçaşəhər”lə yanaşı, “Mornar” (Monteneqro) və “Nimbruk” (Çexiya) kollektivləri də mübarizə aparırlar. Azərbaycan çempionu ilk oyununu səfərdə “Mornar”a qarşı keçirmiş və 75:80 hesabıyla uduzumuşdu. Növbəti oyun “Nimbruk”a qarşı olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: