“Bohum” “Borussiya”ya evində uduzdu

Futbol üzrə Almaniya Bundesliqasında 27-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış qarşılaşmasında “Bohum” və Mönxenqladbax “Borussiya”sı üz-üzə gəlib. Qonaqlar bu oyundan inamlı qələbə ilə ayrılıblar.

Son 2 turda qələbə qazana bilməyən lider “Bayern” bu dəfə “Union Berlin”i sınağa çəkəcək.

“Leypsiq” – “Ayntraxt” və “Volfsburq” – “Bayer” görüşləri də maraqlı mübarizə vəd edir.

Almaniya Bundesliqası
27-ci tur
18 mart

Bohum – Borussiya (Mönxenqladbax) 0:2
Qol: Plea, 55. Embolo, 61.

19 mart

18:30 Herta – Hoffenhaym
18:30 Qroyter – Frayburq
18:30 Maynts – Arminiya
18:30 Ştutqart – Auqsburq
21:30 Bayern – Union Berlin

20 mart

18:30 Leypsiq – Ayntraxt
20:30 Volfsburq – Bayer
22:30 Köln – Borussiya (Dortmund)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: