“Bordo”nun futbolçusu kəllə zədəsindən sonra süni komaya salındı

Fransa Liqa 2 təmsilçisi “Bordo”nun hücumçusu Albert Xosue Elis üçün 26-cı turun “Genqam”la oyunu (1:0) xoşagəlməz sonluqla başa çatıb.

Arena.az “Le Parisien” dərgisinə istinadən məlumat verir ki, başından ağır zədə almış futbolçu süni koma vəziyyətinə salınıb.

Bildirilir ki, Alis havada rəqib oyunçu ilə toqquşduqdan sonra yöndəmsiz şəkildə ot üzərinə yıxılıb və huşunu itirib, bundan sonra futbolçunu xərəkdə meydançadan çıxarıblar.

“Bordo”lu futbolçu sonradan özünə gəlsə də, həkimlər onu təhlükəsiz surətdə xəstəxanaya çatdırmaq üçün süni komaya salıblar. Ardınca isə Elis təcili cərrahi əməliyyat edilib və bu əməliyyatdan uğurla çıxıb. Hazırda Elis xəstəxanada ailəsinin əhatəsindədir və müalicəsini davam etdirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: