Almaniyanın “Borussiya” (Dortmund) komandasının yeni baş məşqçisi bəlli olub. Arena.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Edin Terziç çalışdıracaq.
Bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb. 40 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Terziç bu vəzifədə bir neçə gün öncə istefaya göndərilmiş Marko Rozeni əvəzləyib. Gənc mütəxəssis bunadək “Borussiya”nın texniki direktoru vəzifəsində çalışırdı. O, daha əvvəl Türkiyənin “Beşiktaş” və İngiltərənin “Vest Hem” klublarında köməkçi məşqçi işləyib.
Dortmund “Borussiya”sı geridə qalan mövsümü Almaniya Bundesliqasında 69 xalla 2-ci pillədə başa vurub. Çempionatın qalibi isə “Bayern” olub.


