Bu gün Gürcüstanın paytaxtı Tiflis şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi təşkil olunub. Arena.az xəbər verir ki, yarışda qüvvəsini sınayacaq Azərbaycan cüdoçularının da ilk rəqibləri məlum olub.
Xatırladaq ki, Azərbaycan milli komandası yarışda 9 çəki dərəsində təmsil olunacaq. Yarışda 9 kişi və 4 qadın cüdoçumuz mübarizə aparacaq. Cüdoçulara mötəbər yarışda Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla performans direktoru Mark van der Ham rəhbərlik edəcək. Böyüklərdən ibarət yığmanın böyük məşqçisi Mövlud Mirəliyev və qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov da heyətdə yer alacaq.
Yarışda Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
24-26 mart aralığında baş tutacaq Tiflisdəki “Böyük Dəbilqə” turnirində bütövlükdə 62 ölkədən 400-dən çox idmançı iştirak edəcək.
Kişilər
-60 kq
Kəramət Hüseynov – Dilşot Xalmatov (Ukrayna)
Turan Bayramov – Aybek Omirov (Türkmənistan)
-66 kq
Kamran Süleymanov – Quram Dzavaşvili (Birləşmiş Ərəb Əmirlikləri)
-73 kq
Rəşid Məmmədəliyev – Mixeili Baxbaxaşvili (Gürcüstan)
Nəriman Mirzəyev – Edoardo Mella (İtaliya)
-81 kq
Rüstəm Orucov – Zaur Dvalaşvili (Gürcüstan)
Elcan Hacıyev – Anri Equtidze (Portuqaliya)
-90 kq
Vüqar Talıbov – Aram Qriqorian (Birləşmiş Ərəb Əmirlikləri)
+100 kq
Camal Qamzatxanov – İqnas Mekacus (Litva) / İrakli Demetraşvili (Gürcüstan) görüşünün qalibi
Qadınlar
-48 kq
Leyla Əliyeva – Venna Çjuanq (Çin)
-52 kq
Gültac Məmmədəliyeva – Yasmin Lima (Braziliya)
Aydan Vəliyeva – Naomi Van Krevel (Niderland)
-57 kq
Fidan Əlizadə – Pauline Strake (Almaniya)


