Brahim Konate rəsmən “Zirə”də!

Bir neçə gün öncə “Şamaxı”dan ayrılmış fransalı yarımmüdafiəçisi Brahim Konate bundan sonrakı karyerasını “Zirə”də davam etdirəcək.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 29 yaşlı futbolçu ilə 2 illik (2027-ci ilin 30 iyununadək) müqavilə imzalanıb. Konate yeni klubuna azad agent kimi keçib.

Xatırladaq ki, Brahim Konate ötən ilin yayından “Şamaxı”da çıxış edirdi. O, əyalət təmsilçisinin heyətində 30 oyuna çıxıb, 9 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Karyerasına Fransanın “Oser” klubunda başlamış Konate vaxtı ilə Fransa U-20 yığmasının üzvü olub. 29 yaşlı futbolçu karyerası ərzində “Nyor”, “Fuenlabrada”, “Rayo Maxadahonda”, “Kauno Jalgiris”, “Hapoel” (Afula) kimi klublarda da forma geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: