Rusiya yığmasının qapıçılar üzrə məşqçisi Vitali Kafanov İtaliya millisinin sabiq üzvü Canluici Buffonun futbol uzunömürlülüyü haqda danışıb.
Arena.az bu barədə “Çempionat” portalına istinadən məlumat verir.
Kafanov 45 yaşına qədər yaşıl meydanlarda qapıları qoruyan əfsanəvi Buffonun bu sirrini faş edib:
“Buffonun futbolda uzunömürlü olmasının sirri? Burada deyəcəyim ilk məqam – peşəkarlıqdır! İstedaddan əlavə, böyük əməksevərliyi də vardı. Özünü məşq və oyunlara hazırlamağı bilirdi. Onunla işləyən məşqçilər ona kömək edirdilər. Hətta istedadına rəğmən, bu qədər uzun müddət oynamağa hər kəsin sağlamlığı kifayət etməz. Bu mənada o, həm də xüsusidir – heç də hər orqanizm Buffonun bütün karyerası boyu dözdüklərinə tab gətirə bilməz”, deyə Kafanov bildirib.
Xatırladaq ki, avqustun 2-də Canluici Buffon peşəkar futbolçu karyerasına xitam verdiyini bəyan etmişdi.


